"Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi. Burada gördüyümüz mənzərə ürəkağrıdıcıdır".
Bizim.Media-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi çox yaxşı haldır:
“Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq şəraitində yaşamalarını arzulayırıq".
Qeyd edək ki, ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
Bizim.Media