Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, Bakı istiqamətində gedən yük avtomobili aşaraq yolu bağlayıb. Yolun ortasında olan arakəsmə 30 metr məsafədə sıradan çıxıb. Magistralda avtomobillərin hərəkəti dayanıb və tıxac yaranıb.
Bizim.Media