Albert Einşteynin məşhur E = mc2 düsturunu özündə əks etdirən məktubu RR hərracında alınması gözləniləndən təxminən üç dəfə, 1,2 milyon dollardan çox qiymətə satılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.
Kaliforniya Texnologiya İnstitutunun və Qüdsdəki Yəhudi Universitetinin arxivçiləri iddia edirlər ki, dünyanın fizika üzrə məşhur aliminin əli ilə yazdığı bu formulun dörd nüsxəsi var.
Satışa çıxarılan nüsxə ilk dəfə xalqa təqdim edilib. Kütlə-enerji ekvivalentliyi formulu ilə hərracda məktubun ilkin qiyməti təxminən 400 min dollar olub.
Polşalı amerikalı fizik Lüdviq Silberşteynə alman dilində yazılmış bir səhifəlik məktub 26 oktyabr 1946-cı il tarixlidir. Silberşteyn Eynşteynin bəzi nəzəriyyələrinin rəqibi olub.
Alıcının adı açıqlanmayıb.
Bizim.Media