Bu gün Misli Premyer Liqasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilir.
Bizim.Media xəbər verir ki, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Araz-Naxçıvan” 4-cü yerdəki “Zirə”nin qonağıdır. Görüş saat 19:00-da start götürüb.
Bu komandaların 2-ci dövrədə - 11-ci turdakı matçı 1:1 hesabı ilə başa çatıb.
6 noyabr
Misli Premyer Liqası, 3-cü turdan təxirə salınmış oyun
19:00 "Zirə" – "Araz-Naxçıvan" - 0:1
Qol: Ürfan Abbasov, 48
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev
Zirə İdman Kompleksinin stadionu
Bizim.Media