Türkiyəli aktyor Uraz Kayqılaroğlu film sektorundakı ayrıseçkilikdən şikayətlənib.
Bizim.Media xəbər verir ki, aktyor bu barədə "YouTube"da qonaq olduğu proqramda açıqlama verib.
Aktyorluğa başlayarkən 140 kiloqram olduğu bildirilən Uraz Kayqılaroğlu arıqlayaraq 70-ə düşüb:
“Kök aktyorlara təəssüf ki, şans verilmir. Müəyyən bir kilodan artıqsansa başrol aktyorunun en yaxın dostu olub, onun yaşadığı eşqi seyr etməkdən başqa obraz düşmür sənə. Bu , mənə gerçək kimi gəlmir. Həyat fərqliliyi ilə gözəldi. Kök insanlar aşiq ola bilməzmi? Məsələn, bunu izləyə bilmərik biz? Ölkəmizdə fiziki ayrıseçkilik olduqca çoxdur".
Bizim.Media