BOŞANMIŞ QADIN - Niyə el qınağına çevrilir?

Onunla ilk tanışlığımız xarici ölkədə olub. Leyla (ad şərtidir) həmin xarici ölkədə yüksək məvaciblə bir şirkətdə çalışırdı. 5 ilə yaxın idi ki, burada fəaliyyət göstərirdi. Bir qız övladı var və özü boşanıb. Ailədaxili şiddət gördüyünü görə, dözməyib ayrılıb. 

İkinci dəfə ailə qurmaq cəhdi isə olmazın maneələri ilə qarşılaşıb. Boşanmış olduğu üçün oğlanın anası onu qəbul etmək istəməyib. Oğlan bir az mübarizə aparsa da sonda anasının “özümü öldürərəm” şantajına tabe olub. 

“Boşanmış qadın niyə qara siyahıdadır?”

Günümüzün acı həqiqəti olsada bu belədir. Adi di sosial şəbəkələrə göz gəzdirsək bu cür hadisələrin, boşanma tabusunun törətdiyi fəsadlarla üzləşə bilərik. Niyə Azərbaycan cəmiyyətində bu qəbulolunmazdır? 

Bəzən valideynlər, əsasən də analar oğlanlarının bədbəxtliyi üzərində qurulsa belə, bu faktı qəbul etməyərək, onları sevdiklərindən ayırmaq üçün seçdikləri qız ilə evləndirir və onun xoşbəxtliyini mental dəyərlərə qurban verir. Bu isə çox vaxt ailədaxili şiddətlərə və boşanmalara gətirib çıxarır. Və hadisələr eynilə yenidən təkrarlanır. 

“Görəsən, camaat mənə nə deyər?” prinsipi

Mütəxəssislərin fikrincə, bu qadağaların həm də psixoloji yanı var. Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında  bildirib ki, bu işə hər bir insanın individual bir yanaşması var. 

“Hər bir ananın oğluna boşanmış bir qadını almaq istəməməsində mütləq öz arqumenti olur. Bu əsasən ictimai qınaqdır. Azərbaycan cəmiyyətində buna çox önəm verilir. “Görəsən, mən boşanmış qadını oğluma alsam, camaat nə deyər?” prinsipi ilə hərəkət edir. Bu insan psixologiyasına çox pis təsir göstərib, onda komplekslər formalaşdırıb. Təbii ki, insan sosial varlıqdır, pandemiya bunu bir daha sübut etdi ki, heç kim fərd olaraq yaşayıb inkişaf edə bilməz. Amma komplekslər də bizi yaşamağa qoymayan ciddi amillərdir”.

Psixoloqun fikrincə müasir cəmiyyətdə bu vəziyyətlə bağlı problemlər daha da qloballaşıb.

“Keçmişə nəzər salsaq görərik ki, bu hadisə o zamanlar adi qarşılanırdı və boşanmış qadınla evlənənlər üçün ictimai qınaq yox idi.  Elə bil illər keçdikcə, dünya müasirləşdikcə, bizdə cəmiyyət köhnələşir. İndi isə bu çox insana görə faciə hesab olunur”.

Qadınlarla kişilər arasındakı ayrıseçkilik

Söhbət əsnasında Fərqanə Mehnanqızı həmçinin bildirib ki, bu qadağa çox zaman qadınlara aid edilir.

“Lakin boşanmış kişilərlə ailə quran subay xanımlara bu şamil olunmur və hətta adi hal kimi qəbul olunur. Bu da Şərq mentalitetinə görə, bizim şüur altımızda qalıb. Biz hara getsək də mentalitetimizə uyğun yaşayırıq. Ancaq kim desə ki, ictimai rəyə önəm vermir, bu yalandır. Adi paltar alanda belə, kiminsə məsləhətinə ehtiyc duyuruq”.

Bəs, dində bu qayda necədir? Subay bir kişi boşanmış bir xanımla ailə qura bilərmi?

Dinimizdə subay kişinin boşanmış qadını alması daha savab hesab olunur. Məhəmməd peyğəmbər də boşanmış qadınlarla evlənib. Həm də "Qurani Kərim"də və hədislərdə boşanmayla bağlı mövzuya geniş yer verilib.

Öz xoşbəxtliyinizi axtarmaqdan heç vaxt imtina etməyin...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:24 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:24 dekabrda baş vermiş tarixi hadisələr

İlin ƏN YAXŞISI seçildi

İlin ƏN YAXŞISI seçildi

"Həmin qız mənim paltarımda gəlin köçdü"

"Həmin qız mənim paltarımda gəlin köçdü"

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

"Mançester Yunayted"in 7 HƏDƏFİ

"Mançester Yunayted"in 7 HƏDƏFİ

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

End of content

No more pages to load

RADİO