Ermənistanın Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin atasının adını unudub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.ru” saytı “info 24” nəşrinə istinadən yayıb. Mənbə yazır ki, hadisə Ali Avrasiya İqtisadi Şurasının onlayn iclasında baş verib.
Qazaxıstan lideri ona söz verəndə maraqlı bir vəziyyət yaranıb, Paşinyan Tokayevin atasının adını unudub.
Baş nazir “Təşəkkür edirəm, Qasım-Comərd Tokayeviç” deyib. Qazaxıstan prezidenti azca gülümsəyib, gözlərinin hərəkətindən aydın olub ki, Paşinyanın ona müraciətindən təəccüblənib.
Qeyd edək ki, Qazaxıstan liderinin atasının adı Kemeleviçdir.
Bizim.Media