Ermənistan Silahlı Qüvvələrinin bir zirehli maşının (“BTR”) sürücü-mexaniki dünən keçirdiyi qəzada ölüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
Mənbə bildirir ki, mayın 20-də saat 19:00 radələrində döyüş növbətçiliyi bölgəsinə gedən bir zirehli maşın (“BTR”) yoldan çıxaraq 100 metr hündürlüyü olan dərəyə yuvarlanıb.
Hadisə nəticəsində sürücü, əsgər Arman Qəmbəryan (2020-ci ildə orduya çağırılıb) aldığı xəsarətlərdən ölüb.
Bizim.Media