Bu gün Azərbaycan Basketbol Liqasının B qrupunda daha 2 oyun keçiriləcək.
Bizim.Media xəbər verir ki, hər 2 matç Bakıda keçiriləcək.
“Ordu” - “Gəncə” ilə duelində vahid lider bəlli olacaq. “Quba” isə “Lənkəran”la matçda ilk qələbə arzusundadır.
Qeyd edək ki, turun açılış matçında “Naxçıvan” “Sərhədçi”yə 83:66 hesabı ilə qalib gəlib. NTD isə “Neftçi”dən üstün olub - 66:63. Tura noyabrın 3-də “Şəki” - “Sumqayıt”, “Abşeron” - “Sabah” matçları ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
III tur
2 noyabr
B qrupu
12:30. "Ordu" - "Gəncə”
Bakı İdman Sarayı
16:00. “Quba” – “Lənkəran
Bakı İdman Sarayı.
Bizim.Media