Qondarma separatçı rejimininin üç partiyası xunta başçısı Araik Harutyunyanın istefasını tələb edir.
Bizim.Media xəbər verir ki, belə ki, “Ədalət”, “ARF” və “Demokratik” partiyaları Harutyunyanı satqın və qorxaqlıqda günahlandıraraq bu tələblərini irəli sürüblər.
Tələb barədə yayılan sənəddə qeyd olunub:
“Biz Araiki “prezident” seçdikdən sonra 1 il ərzində torpaqlarımızın çoxunu itirdik, minlərlə ölümüz, itkin düşən yaralılarımız var. Bütün insanlarımız pis günə qaldı”.
Qondarma deputatlar Araikin reformalar edəcəyinə söz verdiyinə baxmayaraq, Ermənistan respublikasının əldəqayırma hakimiyyətinin dediyi ilə hərəkət etdiyini bildiriblər. Bundan başqa partiyalar qeyd ediblər ki, Harutyunyan torpaqlarımızı satmaqla qalmayaraq, qorxub gizlənib və xalqı qığına verib. Nəticədə onlar öz uğursuzluqlarını, müharibədəki məğlubiyyəti isə keçmiş Ermənistan hakimiyyətinin, nizamasız ordu və xalqın üzərinə yıxıblar. Onlar həmçini Harutyunyanı Paşinyanın buyruq qulu adlandıraraq, onların hərəkətlərinin oxşarlığını vurğulayıblar.
Vüsalə balayeva, Bizim.Media