“İsrail bu gün İranda əvvəlkindən daha çox fəaliyyət azadlığına malikdir. Biz lazım gəldikdə İranda istənilən nöqtəyə çata bilərik”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun zabit kursunun bağlanış mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, İsrail ordusu və təhlükəsizlik xidmətlərinin qarşısına qoyduğu əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır: “Hazırda ən ali məqsədimiz bu yöndədir”.
Baş nazir bütün planları açıqlaya bilməyəcəyini bildirib.
Bizim.Media