“Qərb Avrasiya qitəsinin digər hissələrində dağıdıcı fəaliyyətini dayandırmır".
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyinə dair beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Qərb israrla Cənubi Qafqazda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında öz xidmətlərini "təklif edir”.
Rusiyalı nazir qeyd edib ki, 20 illik işğaldan sonra Əfqanıstanı tərk edən ABŞ və onun müttəfiqləri bu ölkədə vəziyyətin sabitləşdirilməsinin kövrək prosesinə müdaxilə edir:
"Mərkəzi Asiya ölkələrində hərbi mövcudluğu üçün də bəhanələr uydurur".
Lavrov vurğulayıb ki, ABŞ, NATO və Aİ-nin aqressiv hərəkətləri nəticəsində qitənin parçalanması riskləri artıb.
Bizim.Media