Rusiyanın Çerkessk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 50 nəfər sakinin təxliyə edilib, 9 nəfər yaralanıb, 3 nəfər isə həyatını itirib.
Məlumata görə, partlayışı həmin binada yaşayan yaşlı qadın törədib. Onun psixi pozğunluğu olduğu bildirilib.
Partlayış nəticəsində dam örtüyünün bir hissəsi, eləcə də bir neçə mənzil dağılıb. Dağıntılar nəticəsində ən azı iki avtomobilə də ziyan dəyib.
Bütün təcili yardım xidmətləri yerində işlərini davam etdirir.
Bizim.Media