Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən güləş üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 sərbəst güləşçisi bürünc medal qazana bilər.
Təsəlliverici qarşılaşmalarda Nürəddin Novruzov (61 kiloqram) Kosta-rikalı Peter Hammeri, Orxan Abasov (79 kiloqram) monqolustanlı Suldxu Olonbayarı, Abubakr Abakarov isə (92 kiloqram) ABŞ təmsilçisi Devid Teyloru sınağa çəkəcək.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə millisi 85 xal toplamaqla komanda hesabında birinci olub. Millinin üç üzvü - Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (63 kiloqram) və Ülvü Qənizadə (72 kiloqram) turnirdə qızıl medal qazanıb.
Bizim.Media