"Nyukasl" Tibilisi "Dinamo"sunun futbolçusu Vaxtanq Saliyanı transfer edib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı hücumçu ilə müqavilə imzalandığı bildirilib. Gürcüstanlı forvard 2025-ci ilin avqustunda, 18 yaşı tamam olanda "Nyukasl"a qoşulacaq.
Qeyd edək ki, Saliya ötən ilin noyabrında “Dinamo”da debüt edib. Bu mövsüm Vaxtanq 32 oyun keçirib, 7 qol vurub və 2 qolun ötürməsini verib.
Bizim.Media