"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.
Müdafiəçi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Andorra, noyabrın 19-da isə Cəbəllütariqlə keçiriləcək yoldaşlıq oyunları üçün Moldova millisinə dəvət alıb.
Bizim.Media