Sumqayıtda partlayışda xəsarət alanlardan biri VƏFAT ETDİ

Sumqayıtda ötən həftə müəssisədə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərin biri vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
 
Mənbə qeyd edib ki, hər iki şəxs oktyabrın 23-ü saat 11:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Daha sonra hər iki şəxs ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Təxliyə olunan yaralılardan biri - 1973-cü il təvəllüdlü şəxs burada bir müddət müalicə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Tibb müəssisəsinə gətirilərkən bədənin 90-93% termiki yanığı diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxs isə vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün zəruri tibbi yardıma və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, pasiyentin 29 oktyabr tarixində yanıq toksemiyası səbəbilə ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı - FOTO

İlham Əliyevin Zəngilana köçən sakinlərlə səmimi söhbəti - VİDEO

Fransa Rusiyaya görə Aİ-dən çıxmaq istəyir?

Pakistan Azərbaycana minnətdarlıq etdi

Pakistan Azərbaycana minnətdarlıq etdi

İran Prezidenti: “Danışıqlar kapitulyasiya və ya geri çəkilmə demək deyil”

Pentaqonun naməlum uçan obyektlər haqda məxfi sənədləri AÇIQLANDI

Azərbaycanlılara məxsus İrəvandakı Göy məsciddən YENİ XƏBƏR VAR

Politoloq: Prezident Zəngilanda çıxışında yeni reallıqları bir daha dünyaya bəyan etdi

Türkiyədə avtomobil “Qalatasaray” azarkeşlərinin izdihamına çırpıldı - VİDEO

34 yaş fərqi olan cütlük ailədə bu qaydaları TƏTBİQ ETDİ

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

Dopinq qalmaqalından sonra məşhur idmançı model biznesinə keçir

Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

End of content

No more pages to load

RADİO