Gəncə futbolu niyə bu günə düşüb?

Gəncə təkcə ölkəmizin ikinci ən böyük şəhəri deyil, eyni zamanda ən qədim şəhəridir. Şəhər mədəniyyəti ilə də başqa şəhərlərimizdən fərqlənir. Adamları comərddi, dostcanlıdı, səxavətlidi, belə demək mümkünsə, qabaqlarından yeməyən insanlardı, sözlərinin üstünə söz deməyi sevmirlər.

İndi belə bir şəhərin adamlarını «Kəpəz» klubuna olan münasibətlə niyə sındırmaq istəyirlər?

Avropada Gəncədən az əhalisi olan ölkələr var ki, 10-15 komanda saxlayır, ölkə çempionatları da Azərbaycan çempionatından maraqlıdır.

Allahın Cəbəllütariqində də futbol var.

Vaxtilə ölkəmizin böyük bir futbol məktəbi, futbol mədəniyyəti olan Gəncə niyə bu günə düşüb?

Vaxtilə "Turan"ın zəif oynadığı və sahibsiz olduğu dövrlərdə belə bir köşə yazmışdım: "Olmayan Ağdam və olan Tovuz" İndi həmin ifadəni Gəncəyə də işlədə bilərik: "Olmayan Ağdam və olan Gəncə".

400 minlik əhalisi olan bir şəhərin stadionu yoxdu, "Qarabağ" komandası kimi hər yerdə qonaqdı. Cənab Prezident İlham Əliyev çox qısa bir zaman kəsiyində Xankəndidəki stadionu bərpa elədi və "Qarabağ"la MOİK arasındakı Kubok oyununda da topa ilk zərbəni özü vurdu.
 

İndi azad olunmuş ərazilərdə böyük tikinti-quruculuq işləri aparan Cənab Prezident İlham Əliyev işini-gücünü atıb Gəncədəki stadionla da ilgilənməlidir? Bəs, futbol təsərrüfatına baxan təşkilatlar nə ilə məşğul olmalıdır, oyunçu alıb-satmaqla, xaricdən məşqçi gətirməkləmi?
Neçə vaxtdır eşidirik ki, Gəncədə stadion tikilir. Nə vaxt başa çatacaq, Vanqa da sağ deyil ki, gedib ondan soruşaq.


87-88-ci illərdə Ağcabədidə stadionu iməclik yolu ilə tikmişdilər. Və həmin stadionun tikintisində mən də Bakıdan gedib fəhlə kimi iştirak edirdim. İndi Gəncədə də iməcliklə bu stadionu çoxdan tikib qurtarmış olardılar, heç bir o qədər də xərc çıxmaz.

Yəqin ki, yeni stadion istifadəyə verilənə qədər "Kəpəz" yenidən birinci liqaya qayıdacaq. Bununla da Gəncədə futbol Azərbaycanın milli komandasının gününə düşəcək, yəni öləcək.

Yazının sonunda bir məsələyə də toxunmaq istəyirəm. Klubun rəhbərliyi nə qədər pul verib xaricdən Santos adlı bir qapıçı gətirdib. O da ortalama hər oyunda üç top buraxıb. Gəncədə yoldan bir gənci tapıb gətirib qapıya qoysalar, bu qədər top buraxmaz, gəncəli qeyrəti buna yol verməz. (qol.az)

Aqil Abbas

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

End of content

No more pages to load

RADİO