Çempionlar Liqasının rəsmi səhifəsi “Barselona”nın ulduzu Lamin Yamalın “Qızıl top” mərasiminə gəlişini Azərbaycan mahnısı ilə paylaşıb.
Bizim.Media xəbər verir ki, gənc ulduzun mərasimin keçirildiyi zala daxil olduğu görüntülərdə Sara Qədimovanın “Pıçıldaşan ləpələr” mahnısı yer alıb.
Mahnının musiqisi Andrey Babayevə məxsusdur.
Bizim.Media