Bu gün İranın ali rəhbəri Əli Xameneyi İsrailin hücumlarında həlak olan əsgərlərin ailələrinə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Tasnim News” saytı yayıb.
“İsrailin iki gecə əvvəlki hücumunu nə böyütmək, nə də kiçilmək lazımdır. Təl-Əvivin xətası ona başa salınmalıdır”, deyə o, qeyd edib.
Əli Xameneinin sözlərinə görə, İsrail İran millətinin və ölkə gənclərinin gücünü, iradəsini dərk etməlidir.
Bizim.Media