“Sumqayıt”ın basketbolçusu Calen Houkinsin komandadan erkən ayrılmasının səbəbi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu qərar baş məşqçinin istəyi ilə reallaşıb.
Houkins “Sumqayıt”ın baş məşqçisi Aleksandr Mixaylovun ümidlərini doğrultmayıb. O, amerikalıya Liqa oyunlarında şans verməyib. Komanda artıq bu basketbolçunun yerini doldurmaq üçün işə başlayıb.
Qeyd edək ki, “Sumqayıt” mövsümə uğursuz start verib. Onlar I turda səfərdə “Ordu”ya, II turda isə evdə “Lənkəran”a uduzublar.
Rəşad Rafiqoğlu, Bizim.Media