A seriyasının sabah keçirilməli olan "Bolonya" - "Milan" matçı təxirə salınıb.
Bizim.Media xəbər verir ki, buna səbəb İtaliyanın şimal-şərqində yağan güclü yağış və daşqınlardır.
Bolonyada bir neçə gün əvvəl güclü leysan olub və fəsadları hələ aradan qaldırılmayıb.
Bununla yanaşı, yenidən daşqın proqnozu verilib.
Matçın nə vaxt keçiriləcəyi ilə bağlı qərar hələlik açıqlanmayıb.
Qeyd edək ki, son günlər İtaliyada bir çox çay məcrasından çıxıb, Emilia-Romanya, Toskana regionlarında və Siciliya adasında yüzlərlə ev su altında qalıb. Mülki müdafiə qüvvələri köməksiz vəziyyətdə qalan 300-dən çox insanı xilas edib.
Bizim.Media