Nəqliyyat dəhlizləri ilə bağlı MÜHÜM İSLAHATLAR - “ADY Ekspress” MMC yenidən təşkil olunur – FOTO

Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, onların rəqabət qabiliyyətinin və cəlbediciliyinin artırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sistemli və ardıcıl inkişaf tədbirləri və islahatlar həyata keçirilir.

Bizim.Media xəbər verir ki, ölkəmiz üçün ən əhəmiyyətli beynəlxalq nəqliyyat marşrutlarından biri olan, Şərq-Qərb və əks istiqamətdə tranzit yüklərin daşınmasının həyata keçirildiyi “Orta Dəhliz”in inkişaf etdirilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla birlikdə son illərdə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində koordinasiyalı birgə fəaliyyət təşkil edilir və koordinasiyanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu ildən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsi üzrə işlərə başlanılıb.

Dəhlizlər vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının önəminin getdikcə artmasını nəzərə alaraq, eləcə də bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, xüsusilə də qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanda tranzit daşımaların səmərəli idarə edilməsi üzrə mövcud olan təcrübələrə əsaslanaraq ADY-də də konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsinə zərurət yaranıb. Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu vacibdir.
 

Bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində 1 noyabr 2024-cü ildən etibarən “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil ediləcək. ADY Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilən yenidən təşkil prosesi nəticəsində “ADY Ekspress” MMC bütün funksiyaları öz üzərinə götürəcək və müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim edəcək.


Yenidən təşkil olunan “ADY Ekspress” MMC tam dövriyyəli logistika əməliyyatları, həmçinin multimodal daşımalar təklif etməklə müştərilərin həm vaxtına, həm də maliyyə xərclərinə qənaət etməsinə imkan yaradacaq. Şirkət, eyni zamanda, rəqəmsal texnologiyalarla logistika proseslərinin idarə olunmasını optimallaşdıraraq dəhliz boyu yükdaşımaların şəffaflığını və təhlükəsizliyini təmin edəcək.

Bu məqsədlə yeni texnologiyaların tətbiqi ilə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində rəqabət qabiliyyətli bir rəqəmsal platformanın yaradılması nəzərdə tutulub.

Qeyd edilən islahatlar Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, onların rəqabət qabiliyyətinin və cəlbediciliyinin artırılması ilə bərabər ölkə daxilində də yük daşımaları sahəsində xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin ümumi səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.

ADY ölkənin tranzit imkanlarının genişləndirilməsi ilə yanaşı, dəmiryol daşımaları sahəsində ümumi bazar mühitinin daha sağlam və dayanıqlı inkişaf edirilməsi, o cümlədən şəffaf və ədalətli bazar rəqabətinin təmin olunması, bütün bazar iştirakçıları üçün bərabər şərtlərin yaradılaraq agent ekspeditorların fəaliyyətinin dəstəklənməsi istiqamətində bundan sonra da islahatlarını davam etdirəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse-prezidenti ilə görüşüb

Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse-prezidenti ilə görüşüb

"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"

"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"

Viruslar ürək əməliyyatı riskini ARTIRIR

Viruslar ürək əməliyyatı riskini ARTIRIR

Gitara ifaçısının ölümünə Bəturə ilə sevgili olması səbəb olub? - VİDEO

Gitara ifaçısının ölümünə Bəturə ilə sevgili olması səbəb olub? - VİDEO

Murad Musayev Rusiyada ƏN YAXŞI seçildi

Murad Musayev Rusiyada ƏN YAXŞI seçildi

Əhməd Əş-Şaraa BMT-nin sanksiya siyahılarından ÇIXARILDI

Əhməd Əş-Şaraa BMT-nin sanksiya siyahılarından ÇIXARILDI

Bürclərin ən əzazil qayınanaları: Onlarla yaşamaq ÇOX ÇƏTİNDİR

Bürclərin ən əzazil qayınanaları: Onlarla yaşamaq ÇOX ÇƏTİNDİR

Suriya TƏKZİB ETDİ: ABŞ qoşunları Dəməşqə yerləşdirilməyib

Suriya TƏKZİB ETDİ: ABŞ qoşunları Dəməşqə yerləşdirilməyib

Haalandın bombardirlər arasında da rekordu var

Haalandın bombardirlər arasında da rekordu var

“Bu reytinqi kim ölçür, onu necə hesablayırlar?” - VİDEO

“Bu reytinqi kim ölçür, onu necə hesablayırlar?” - VİDEO

İsveç aeroportu dron hücumuna görə BAĞLANDI

İsveç aeroportu dron hücumuna görə BAĞLANDI

Xırdalan dairəsi ətrafında olan xaotik vəziyyət tarixə qovuşur - VİDEO

Xırdalan dairəsi ətrafında olan xaotik vəziyyət tarixə qovuşur - VİDEO

Aysundan ETİRAF: “Bir də ərə getsəm…” - VİDEO

Aysundan ETİRAF: “Bir də ərə getsəm…” - VİDEO

"Real”ın futbolçusu sıradan çıxdı

"Real”ın futbolçusu sıradan çıxdı

Uitkoff: “İlham Əliyevin bu cavabı liderliyin heyrətamiz nümunəsi idi” - VİDEO

Uitkoff: “İlham Əliyevin bu cavabı liderliyin heyrətamiz nümunəsi idi” - VİDEO

“Əjdaha meyvəsi” haqqında BİLMƏDİKLƏRİMİZ: Faydaları, kimlərə olmaz

“Əjdaha meyvəsi” haqqında BİLMƏDİKLƏRİMİZ: Faydaları, kimlərə olmaz

Mənzurə avtomobil qəzasına düşdü - VİDEO

Mənzurə avtomobil qəzasına düşdü - VİDEO

Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir - FOTO

Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir - FOTO

Brilliant Dadaşovadan ŞOK İDDİA: “Əri Səidənin qabırğasını sındırıb” - VİDEO

Brilliant Dadaşovadan ŞOK İDDİA: “Əri Səidənin qabırğasını sındırıb” - VİDEO

Trampın keçirdiyi brifinqdə şirkət rəhbəri huşunu itirdi - VİDEO

Trampın keçirdiyi brifinqdə şirkət rəhbəri huşunu itirdi - VİDEO

Fransa millisi Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Fransa millisi Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Vahid Əliyevin dəfn yeri məlum oldu

Vahid Əliyevin dəfn yeri məlum oldu

ABŞ İrana qarşı sanksiyaların müddətini UZATDI

ABŞ İrana qarşı sanksiyaların müddətini UZATDI

“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

End of content

No more pages to load

RADİO