Niderlandın “Ayaks” klubu rəsmi səhifəsində Tofiq Bəhramov adına Respublika Stadionundan foto paylaşıb.
Bizim.Media xəbər verir ki, fotoda onların bu gün Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunun tarixi və saatı, həmçinin arenanın divarlarından asılmış “Ayaks” forması yer alıb.
Qeyd edək ki, “Qarabağ”la “Ayaks” arasında matç bu gün saat 20:45-də start götürəcək.
Bizim.Media