Ermənistan hökumətinin binasında jurnalist Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyana bir sual ünvanlayıb: “Sizin ordunu alçaldırlar, nə hiss edirsiniz?”.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “news.am” saytında yer alıb.
Mənbə yazır ki, Davtyan bu suala cavab verməkdən yayınıb və mühafizəçisi ilə pilləkənlərlə enərək binanı tərk edib.
Bizim.Media