“Sığorta fəaliyyəti haqqında” Qanuna əlavələr edildi

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa 2023-cü il 6 iyul tarixində edilmiş dəyişikliklərə əsasən sığorta xidmətlərinin göstərilməsi zamanı sığortalılara qarşı ədalətli rəftarın təmin edilməsində müstəqil ekspertlərin rolunun gücləndirilməsi məqsədilə onlara dair yeni tələblər gətirilib, həmçinin müstəqil ekspertlərlə bağlı təhsil və təcrübə, digər peşəkar tələblərə və imtahanların keçirilməsinə dair qayda təsdiq edilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Bizim.Media-ya bildirilib ki, sığorta sektorunun maliyyə dayanıqlılığının daha da gücləndirilməsi üçün sığortaçıların təkrarsığorta siyasətlərinə, təkrarsığorta əməliyyatlarına dair yeni tənzimləyici çərçivə yaradılıb.
 

Yeni tələblər daha effektiv və etibarlı təkrarsığorta əməliyyatlarının aparılmasını təmin edir.


Bununla əlaqədar sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması qaydalarının qeyd olunan qanunvericilik dəyişikliklərinə, habelə günün tələblərinə uyğunlaşdırılması zəruri olub. Qanunvericiliyə əsasən Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrini aparır.

Reyestrin aparılması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bununla əlaqədar olaraq, “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası”na edilən dəyişikliklərə əsasən müstəqil ekspertlərin müəyyən edilmiş sahələr üzrə reyestrə daxil edilməsi ilə bağlı tələb olunan sənədlərin siyahısı əlavə edilib, digər subyektlərə münasibətdə isə həmin sənədlərin siyahısı təkmilləşdirilib. Həmçinin müstəqil ekspertlərin reyestrdən çıxarılma əsasları da qaydaya əlavə edilib.

Bununla yanaşı, reyestrə daxil edilmə prosedurunun effektiv formada təşkil edilməsi məqsədilə sığorta bazarının peşəkar iştirakçıları tərəfindən Mərkəzi Banka təqdim olunan sənədlərin sənədlərə baxılma müddətləri, reyestrə daxil etməkdən imtina əsasları, müvafiq subyektlərin Mərkəzi Bankın qərarlarından şikayət vermək hüququ və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər tələblər əlavə edilib. Həmçinin Mərkəzi Bank tərəfindən cədvəl formatında aparılan reyestr məlumatlarının tərkibi genişləndirilib və cədvəllər yenilənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse-prezidenti ilə görüşüb

Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse-prezidenti ilə görüşüb

"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"

"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"

Viruslar ürək əməliyyatı riskini ARTIRIR

Viruslar ürək əməliyyatı riskini ARTIRIR

Gitara ifaçısının ölümünə Bəturə ilə sevgili olması səbəb olub? - VİDEO

Gitara ifaçısının ölümünə Bəturə ilə sevgili olması səbəb olub? - VİDEO

Murad Musayev Rusiyada ƏN YAXŞI seçildi

Murad Musayev Rusiyada ƏN YAXŞI seçildi

Əhməd Əş-Şaraa BMT-nin sanksiya siyahılarından ÇIXARILDI

Əhməd Əş-Şaraa BMT-nin sanksiya siyahılarından ÇIXARILDI

Bürclərin ən əzazil qayınanaları: Onlarla yaşamaq ÇOX ÇƏTİNDİR

Bürclərin ən əzazil qayınanaları: Onlarla yaşamaq ÇOX ÇƏTİNDİR

Suriya TƏKZİB ETDİ: ABŞ qoşunları Dəməşqə yerləşdirilməyib

Suriya TƏKZİB ETDİ: ABŞ qoşunları Dəməşqə yerləşdirilməyib

Haalandın bombardirlər arasında da rekordu var

Haalandın bombardirlər arasında da rekordu var

“Bu reytinqi kim ölçür, onu necə hesablayırlar?” - VİDEO

“Bu reytinqi kim ölçür, onu necə hesablayırlar?” - VİDEO

İsveç aeroportu dron hücumuna görə BAĞLANDI

İsveç aeroportu dron hücumuna görə BAĞLANDI

Xırdalan dairəsi ətrafında olan xaotik vəziyyət tarixə qovuşur - VİDEO

Xırdalan dairəsi ətrafında olan xaotik vəziyyət tarixə qovuşur - VİDEO

Aysundan ETİRAF: “Bir də ərə getsəm…” - VİDEO

Aysundan ETİRAF: “Bir də ərə getsəm…” - VİDEO

"Real”ın futbolçusu sıradan çıxdı

"Real”ın futbolçusu sıradan çıxdı

Uitkoff: “İlham Əliyevin bu cavabı liderliyin heyrətamiz nümunəsi idi” - VİDEO

Uitkoff: “İlham Əliyevin bu cavabı liderliyin heyrətamiz nümunəsi idi” - VİDEO

“Əjdaha meyvəsi” haqqında BİLMƏDİKLƏRİMİZ: Faydaları, kimlərə olmaz

“Əjdaha meyvəsi” haqqında BİLMƏDİKLƏRİMİZ: Faydaları, kimlərə olmaz

Mənzurə avtomobil qəzasına düşdü - VİDEO

Mənzurə avtomobil qəzasına düşdü - VİDEO

Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir - FOTO

Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir - FOTO

Brilliant Dadaşovadan ŞOK İDDİA: “Əri Səidənin qabırğasını sındırıb” - VİDEO

Brilliant Dadaşovadan ŞOK İDDİA: “Əri Səidənin qabırğasını sındırıb” - VİDEO

Trampın keçirdiyi brifinqdə şirkət rəhbəri huşunu itirdi - VİDEO

Trampın keçirdiyi brifinqdə şirkət rəhbəri huşunu itirdi - VİDEO

Fransa millisi Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Fransa millisi Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Vahid Əliyevin dəfn yeri məlum oldu

Vahid Əliyevin dəfn yeri məlum oldu

ABŞ İrana qarşı sanksiyaların müddətini UZATDI

ABŞ İrana qarşı sanksiyaların müddətini UZATDI

“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

End of content

No more pages to load

RADİO