“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi İsveçin “Elfsborq” klubu ölkə çempionatında növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, 27-ci tur çərçivəsində "Elfsborq" "Hekken"i qəbul edib və 1:3 hesabı ilə məğlub olub.
Hazırda “Qarabağ”ın rəqibi 41 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, dekabrın 13-də İsveçdə keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media