"Neftçi"nin müdafiəçisi Azər Salahlı məşq zamanı zədələnib.
Bizim.Media xəbər verir ki, 30 yaşlı müdafiəçi artıq əməliyyat olunub.
Salahlı gələn ilin əvvəlindən məşqlərə qayıda biləcək.
30 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.O, 2022-ci il yanvarın 1-dən “ağ-qaralar”ın formasını geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media