Bu gün futbol üzrə Misli Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.
Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma olub.
“Kəpəz” “Qarabağ”ı qəbul edib. Matç qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
18:00 “Kəpəz” – “Qarabağ” 0:5
Qollar: Emmanuel Addai, 17, Aleksey İsayev, 51, Leandro Andrade, 54, Toral Bayramov, 67, Aleksey Kaşuk, 78
Tovuz şəhər stadionu
Baş hakim: Rəvan Həmzəzadə
Rəşad Rafiqoğlu, Bizim.Media