Həkimlərin süni qida BİZNESİ – Körpələr ana südündən niyə məhrum EDİLİR?

Son vaxtlar Azərbaycanda süni uşaq qidalarının orqanizmə zərərləri ilə bağlı əsassız fikirlər təbliğ olunur. Tarixən  də analarımız südəmər uşaqlarını ana südü ilə bəsləyiblər və bu, ən sağlam qida hesab olunub. Hətta belə bir deyim vardı ki, 2 yaşına qədər ana südü ilə bəslənən uşaqlar daha sağlam olar, gec-gec xəstələnərlər.

Amma dövr dəyişdikcə, fikirlər də dəyişib.
 

MÖVZU İLƏ BAĞLI:

Süni uşaq qidalarının orqanizmə hansı FƏSADLARI var? – Pediatrdan XƏBƏRDARLIQ


Bir vaxtlar ana südünün faydalarından ağız dolusu danışılırdısa,  hazırda doğum evlərinin çoxunda əks təbliğat gedir.

Bəzi müasir pediatrlar və ginekoloqlar ana südünün yerinə süni uşaq qidalarının orqanizm üçün daha faydalı olduğunu vurğulayırlar. Bu azmış kimi konkret şirkətin və uşaq qidasının adını resept vərəqəsinə yazaraq analara yalnız bu qidadan istifadə etmələrini tövsiyə edirlər.

Təcrübəsi və bilgiləri aşağı olan analar isə məcbur qalıb həkimin göstərişinə əməl edirlər.  

Bu səbəbdən ana südü əvəzinə süni qidadan istifadə günbəgün artır. Yalnış təbliğatla analara “süd versələr, bədənlərinə ziyan olar” kimi fikirlər irəli sürülür.  Bir sözlə bəzi həkim və pediatrlar  öz çıxarları üçün anaları yalnış istiqamətdə “maarifləndirir”lər.  

Mütəxəssislər süd verməyin analara heç bir zərərinin olmadığını deyirlər. Bu, cəmiyyət arasında yayılmış yanlış düşüncədir.

Süni uşaq qidalarının orqanizmə hansı zərərləri var?

Pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirib ki, yeni doğulan körpələr 6 aya qədər ana südü ilə qidalandırılmalıdır:

“Süni qida ilə qidalanan uşaqların bir qayda olaraq mədə-bağırsağında problemlər olur. Onlarda allergik narahatlıqlar baş qaldırır. Çəki artımı baş verir və ən əsası xəstəliklərə qarşı müqavimət çox aşağı olur”.

Doğum evlərinin süni qidaya cəlb etməkdə maraqları

Vaqif Qarayev bildirib ki, həkimlərin bəzisi öz maraqlarına görə anaları süni qidaya cəlb edirlər:
 

“Bəzən doğum evlərində həkimlər özləri analara süni qidaları təqdim edirlər. Amma mən bunun sistemli şəkildə olduğunu deməzdim. Sadəcə gənc analar bu barədə məlumatlı olmalıdırlar və aldanmamalıdırlar. Həkimin yeni doğulmuş körpəyə süni qida verilməsini təklif etməsi tamamilə yanlışdır və analar bunu qəbul etməməlidirlər”.  


“Həkimlər anaları maarifləndirməlidirlər”

Pediatrın sözlərinə görə anaların südü kifayət qədər olmadıqda bunu artırmaq mümkündür.

“Xüsusən birinci hamiləlik zamanı ana orqanizmi hələ adaptasiya olmaya bilər, yetərincə südü olmaya bilər. Amma bu o demək deyil ki, ana südü yoxdursa, dərhal süni qidaya keçməliyik. Doğum evində həkimlər mütləq anaları məlumatlandırmalıdırlar, ana südünü artırmaq üçün nələrə diqqət edilməli olduğunu izah etməlidirlər”.

Sosial şəbəkələrdə nə görürlərsə...

Pediatr onu da qeyd edib ki, bəzən analar özləri uşaqlara süni qida verməyi seçirlər. Bu da kifayət qədər maariflənməmələrindən irəli gəlir.

“Analardan soruşuram ki, südün varsa niyə süni qida verirsən, deyir, hamı verir, mən də verirəm. Bu “hamı” faktoru daha çox sosial şəbəkələrin bəlasıdır. Orda yazırlar ki, mən uşağıma filan şeyi verdim, toppuşdu, çəkisi çoxdu. İnsanlar da sosial şəbəkələrdə nə görürlərsə, onu etmək istəyirlər”,

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada baş verən ağır qəza ilə bağlı xəstəxanadan AÇIQLAMA

Qubada baş verən ağır qəza ilə bağlı xəstəxanadan AÇIQLAMA

Başqalarının sənədləri ilə sərhədi keçmək istədilər

Başqalarının sənədləri ilə sərhədi keçmək istədilər

Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş

Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI

Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başladı

Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başladı

Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?

Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?

Elman Abdullayev UNESCO-dan geri çağırıldı - Yeni daimi nümayəndə təyin edildi

Elman Abdullayev UNESCO-dan geri çağırıldı - Yeni daimi nümayəndə təyin edildi

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri ÇAĞIRILDI

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri ÇAĞIRILDI

AZAL rəhbərliyində dəyişiklik: Təyinat səlahiyyəti Prezidentə verildi

AZAL rəhbərliyində dəyişiklik: Təyinat səlahiyyəti Prezidentə verildi

Qarpızı dondurmaq olarmı?

Qarpızı dondurmaq olarmı?

Terrorun SİYASİ SİMASI: Ruben Vardanyan

Terrorun SİYASİ SİMASI: Ruben Vardanyan

Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük edərik

Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük edərik

Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı

Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı

Pensiya alanlara şad xəbər: TARİX AÇIQLANDI

Pensiya alanlara şad xəbər: TARİX AÇIQLANDI

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Prezidentdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM

AZCON-a yeni səlahiyyət verildi - FƏRMAN

AZCON-a yeni səlahiyyət verildi - FƏRMAN

Ceyhun Bayramov İrpen şəhərinə getdi

Ceyhun Bayramov İrpen şəhərinə getdi

Davud peyğəmbərin sirri açılır: Qüdsdə tapılan yeraltı lağım tarixçiləri şoka saldı

Davud peyğəmbərin sirri açılır: Qüdsdə tapılan yeraltı lağım tarixçiləri şoka saldı

Trampın qəzəbli telefon zəngi Pentaqonu qarışdırdı - Fövqəladə iclas keçiriləcək

Trampın qəzəbli telefon zəngi Pentaqonu qarışdırdı - Fövqəladə iclas keçiriləcək

Vətəndaşlara 7 ay ərzində 191 milyon manatdan çox vəsait geri ödənilib

Vətəndaşlara 7 ay ərzində 191 milyon manatdan çox vəsait geri ödənilib

Astarada əməliyyat keçirildi – HƏBS EDİLƏNLƏR VAR - FOTO

Astarada əməliyyat keçirildi – HƏBS EDİLƏNLƏR VAR - FOTO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Sibiqa: Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin kədər hissi keçiririk

Sibiqa: Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin kədər hissi keçiririk

End of content

No more pages to load

RADİO