Məhkəmə hakimlərinin seçilməsi üç mərhələdən ibarət olacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Yəni əvvəllər yalnız yazılı və imtahan yolu ilə seçilən hakimlər dəyişiklikdən sonra test imtahanı, yazılı imtahan və müsahibə yolu ilə seçiləcəklər.
Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media