Fransa millisinin sabiq hücumçusu Olivye Jiru Antuan Qrizmannın narazılığı haqda danışıb.
Bizim.Media xəbər verir ki, 38 yaşlı futbolçu Fransa mətbuatına açıqlamasında deyib:
“Antuan Qrizmann deyirdi ki, Fransa millisinin kapitanlığı ona verilməməsi təsir edib. O, bunu gizlətmirdi. Bu, normaldır və təbiidir”.
Xatırladaq ki, sentyabrda Antuan Qrizmann milli karyerasını başa vurduğunu açıqlamışdı. Komandanın sabiq kapitanı Uqo Lyoris milli karyerasını bitirdikdən sonra kapitanlıq Kilian Mbappeyə verilib.
Bizim.Media