Direktor və direktor müavinlərinin işə qəbulunda DƏYİŞİKLİK

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə (bundan sonra – məktəblər) direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişikliklər edilib.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, yeni qaydalara əsasən, test imtahanı və müsahibə mərhələsinin keçid balları aşağı salınaraq namizədlərə bərabər imkanlar yaradılıb.

Əvvəlki qaydalara görə, Bakı şəhər məktəblərində direktor vəzifəsi üçün test imtahanının minimum keçid balı 70, Abşeron rayon, Sumqayıt və Gəncə şəhərlərinin məktəbləri üçün 60, digər şəhər və rayonlar üzrə isə 50 bal idi.
 

Direktor müavinləri üçün isə bu göstərici Bakı şəhəri üzrə 63, Abşeron rayon, Sumqayıt və Gəncə şəhər məktəbləri üçün 54, digər bölgələrdə isə 45 bal təşkil edirdi. Yeni qaydalarda bölgə fərqləri aradan qaldırılaraq bütün şəhər və rayonlar üzrə məktəblərdə direktorlar üçün keçid balı 55, direktor müavinləri üçün isə 50 bal müəyyən olunub.


Əvvəlki qaydalara əsasən, müsahibə mərhələsində 32 və daha çox bal toplamış namizəd uğurlu hesab edilirdi. Yeni qaydalara görə, müsahibə mərhələsində direktor vəzifəsi üçün minimal keçid balı 22, direktor müavini vəzifəsi üçün isə 20 bal müəyyən olunub.

Bu dəyişikliklərin əsas məqsədi daha çox namizədin müsabiqədə iştirakına imkan yaratmaqdır.

Müsahibədə iştirak edən namizədlərin qiymətləndirmə meyarlarında da dəyişikliklər edilmişdir. Namizədin qiymətləndirilməsi 4 meyar üzrə konkret kriteriyalar və standartlaşdırılmış qiymətləndirmə formaları əsasında aparılacaqdır.

Test və müsahibə mərhələsində topladığı balların cəmi əsasında namizədin yekun nəticəsi (faizlə) hesablanacaq.

Test və müsahibədə ayrı-ayrılıqda 55% və daha artıq nəticə göstərənlər həm direktor, həm də direktor müavini vəzifələri üçün, 50%-54% nəticə göstərənlər yalnız direktor müavini vəzifələri üçün vakansiya seçmək hüququ əldə edəcəklər.

Namizədlərin vakansiya seçimindən sonra vakant vəzifələrə yerləşdirilməsi müsabiqə əsasında təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Universitet müəllimi dünyasını dəyişdi

Universitet müəllimi dünyasını dəyişdi

“Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

“Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 38 % artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 38 % artıb

Salatın Əsgərovanın oğlu Reabilitasiya Mərkəzinə yerləşdirildi - VİDEO

Salatın Əsgərovanın oğlu Reabilitasiya Mərkəzinə yerləşdirildi - VİDEO

Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

“Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi

“Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi

Yol polisi gücləndirilmiş rejimə KEÇDİ

Yol polisi gücləndirilmiş rejimə KEÇDİ

Bazar günü hava necə OLACAQ?

Bazar günü hava necə OLACAQ?

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Ağdamda 14 yaşlı yeniyetmə dəhşətli QƏZA törətdi – Sinif yoldaşı həyatını itirdi - FOTOLAR

Ağdamda 14 yaşlı yeniyetmə dəhşətli QƏZA törətdi – Sinif yoldaşı həyatını itirdi - FOTOLAR

Bu gün sizi nə GÖZLƏYİR? - BÜRCLƏR

Bu gün sizi nə GÖZLƏYİR? - BÜRCLƏR

"Avroviziya 2026" ləğv edilir?

"Avroviziya 2026" ləğv edilir?

Qubada BİABIRÇILIQ - 35 yaşlı kişiyə ərə verilən 15 yaşlı qızın TOYU dayandırıldı

Qubada BİABIRÇILIQ - 35 yaşlı kişiyə ərə verilən 15 yaşlı qızın TOYU dayandırıldı

Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Gənclər niyə BƏDBƏXTDİR?

Gənclər niyə BƏDBƏXTDİR?

Bu rayonlara QAR yağdı – İşıq KƏSİLDİ-VİDEO

Bu rayonlara QAR yağdı – İşıq KƏSİLDİ-VİDEO

Azərbaycan Türkiyədən aldığı geyimə görə nə qədər pul XƏRCLƏYİR?

Azərbaycan Türkiyədən aldığı geyimə görə nə qədər pul XƏRCLƏYİR?

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTO

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTO

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Yol polisindən XƏBƏRDARLIQ - Azyaşlılar sükan arxasına keçməsin!

Yol polisindən XƏBƏRDARLIQ - Azyaşlılar sükan arxasına keçməsin!

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

Ərdoğanın baş müşaviri vəfat etdi

Ərdoğanın baş müşaviri vəfat etdi

End of content

No more pages to load

RADİO