Dünya Bankından Azərbaycanda iqtisadi artımla bağlı PROQNOZ - FOTO

Dünya Bankı 2024-cü ildə Azərbaycan üzrə iqtisadi artım proqnozunu yaxşılaşdıraraq iyun göstəriciləri ilə müqayisədə 0,9 faiz bəndi artırmaqla 3,2 %-ə çatdırıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə informasiya ” Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair “Daha güclü inkişaf üçün daha yaxşı təhsil” adlı hesabatında yer alıb.

Mənbə qeyd edir ki, 2025-ci il üçün proqnoz göstəriciləri 0,3 faiz bəndi artırılaraq 2,7 %-ə çatdırılıb, 2026-cı il üçün proqnoz isə 2,4 % səviyyəsində dəyişməz olaraq saxlanılıb.

Bankın hesablamalarına görə, Cənubi Qafqaz iqtisadiyyatı bu il 4,6 % artacaq ki, bu da əvvəlki proqnozlarla müqayisədə 1,1 faiz bəndi yüksək olmaqla Avropa və Mərkəzi Asiya subregionları arasında ən sürətli artım tempidir. 2025-ci ildə artım 3,7 % (iyun proqnozundan 0,2 faiz bəndi çox) səviyyəsində gözlənilir, 2026-cı il üçün proqnoz isə 3,4 % səviyyəsində qalır.


“Azərbaycanda böyük həcmdə dövlət investisiyaları sayəsində 2024-cü ildə artım 2023-cü illə müqayisədə (1,1 %) nəzərəçarpacaq dərəcədə yüksək olacaq. Ermənistan və Gürcüstan iqtisadiyyatlarının artımı da potensial səviyyədən yüksək olacaq ki, bu da aktiv istehlak, investisiya və dövlət xərcləri ilə dəstəklənəcək. Lakin Rusiyadan miqrant, turist axını və pul köçürmələrinin normallaşması səbəbindən Ermənistanda artımın 2023-cü ildəki 8,3 %-dən 5,5 %-ə qədər azalacağı gözlənilir.

Bütövlükdə, 2024-cü ildə ECA-da iqtisadi artımın 2023-cü ildəki 3,5 %-dən 3,3 %-ə, 2025-ci ildə 2,6 %-ə, 2026-cı ildə isə 2,7 %-ə qədər azalacağı proqnozlaşdırılır. Bununla belə, 2024-cü il üçün cari proqnoz bir sıra ölkələrdə dayanıqlı daxili tələbat səbəbindən iyun ayı göstəricilərindən 0,3 faiz bəndi yüksəkdir.

Buna baxmayaraq, bu rəqəm 2000-2019-cu illər ərzində orta hesabla 4,1 %-lik artımdan aşağı olaraq qalır ki, bu da yüksək gəlirli ölkələrlə fərqi tez bir zamanda aradan qaldırmaq üçün kifayət deyil”, - hesabatda bildirilib.


Regionun üç ən böyük iqtisadiyyatı olan və Avropa və Mərkəzi Asiya regionunda ÜDM-nin təxminən 75 %-ni təşkil edən Polşa, Rusiya və Türkiyə istisna olmaqla, 2024-cü ildə artım 3,4 % səviyyəsində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin 3,7 % səviyyəsindəki göstəricisindən azdır.

ECA-da iqtisadi artımın əsas drayverləri daha yüksək özəl istehlak və dəstəkləyici fiskal siyasət olaraq qalır. İstehlakın gücləndirilməsi real əmək haqqının artması, davamlı sosial ödənişlər və aktiv kreditləşmə ilə bağlıdır. Dövlət xərcləri dövlət sektorunda əməkhaqqı artımı, sosial dəstək, eləcə də infrastruktur və müdafiə sahəsinə investisiya qoyuluşunun artması hesabına yüksəlir.
 

Dünya Bankı hesab edir ki, əsas ticarət tərəfdaşlarında, xüsusən də Avropa İttifaqında zəif iqtisadi canlanma səbəbindən artım üçün xarici şərtlər daha az əlverişli olaraq qalır. “Xüsusilə Avropa istehsal zəncirlərindən asılı olan Mərkəzi Avropa və Qərbi Balkanlar kimi ölkələrdə ixracın bərpası yavaşlayıb.


Bununla belə, turizm sektorunda artım yüksək olaraq qalır: 2023-cü ildə ECA regionunda beynəlxalq turistlərin sayı pandemiyadan əvvəlki göstəriciləri keçib və artım bu il də davam edir.

Türkiyə 2024-cü ilin birinci yarısında 2018–2019-cu illərdəki orta göstərici ilə müqayisədə 30 % daha çox turist qəbul edib. Mərkəzi Avropa və Qərbi Balkanlarda da turist axınında artım müşahidə olunub. Pandemiyadan əvvəlki dövrlərlə müqayisədə artım göstəricisi Albaniyada 80 %, Bolqarıstanda isə 15 % təşkil edib”, - hesabatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

End of content

No more pages to load

RADİO