Türkiyə “AKINCI S-1” adlı yeni pilotsuz uçuş aparatının sınaq uçuşunu həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraktar tvitter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, uçuş uğurlu olub. S.Bayraktar dronun kütləvi istehsalına başlandığını vurğulayıb.
Bizim.Media