“Atalanta” müdafiəçi Fallu Diufu ilə razılıq əldə edib.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
17 yaşlı seneqallı futbolçu “Generation foot” akademiyasının üzvüdür. İtaliya təmsilçisi onunla müqavilə imzalayıb.
Qeyd edək ki, “Atalanta” İtaliya A Seriyasının turnir cədvəlində 10 xalla 8-ci yerdədir.
Bizim.Media