“Barselona”nın futbolçusu Robert Levandovski zədələnib.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 36 yaşlı polşalı hücumçunun sağ baldır nahiyəsində güclü qançır aşkarlanıb. Zədənin ciddi olmadığı və oyunçunun “Sevilya”ya qarşı oyuna qədər bərpa olacağı bildirilir.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm “Barselona”nın heyətində 11 oyuna çıxaraq 12 qol vurub və 2 qolun ötürməsini edib.
Bizim.Media