Azərbaycan universitetlərində ödənişli təhsil ləğv edilir? – MÜHÜM AÇIQLAMA

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ali məktəblərdə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi ilə bağlı təklif irəli sürüb. 

Rektor xatırladıb ki, Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu dövlət sifarişi və ödənişli əsaslarla həyata keçirilir:

"Dövlət sifarişli təhsil üzrə qəbul planı dövlət sektorunun tələbləri nəzərə alınmaqla dövlət tərəfindən müəyyən edilir və tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Son illər təhsilin əlçatanlığının artırılmasına yönəlmiş Prezident İlham Əliyevin sosial siyasəti sayəsində dövlət sifarişli tələbələrin sayı əhəmiyyətli dərəcədə artmış və hazırda demək olar ki, 50% təşkil edir. Ödənişli əsaslarla tələbə qəbul planı da bu günə qədər dövlət tərəfindən təsdiqlənir. 
 

MÖVZU İLƏ BAĞLI:

Altı mindən çox tələbəyə təhsil krediti VERİLMƏYİB - RƏSMİ


Amma 2013-cü ilin oktyabrında qəbul edilmiş "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 3.1.6.-cı bəndində göstərildiyi kimi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv edilməlidir. Başqa sözlə, ödənişli təhsil DİM tərəfindən təşkil edilən müsabiqə nəticələrinə əsasən tələbə ilə universitet arasında müqavilə əsasında həyata keçirilməlidir. 

Özəl sektorun nümayəndələrinin və fərdlərin ödənişli təhsili məhz onların sifarişi əsasında həyata keçirilməlidir.

Onların hansı ixtisas üzrə təhsil almaq istəklərini özləri hamıdan yaxşı bilir. İnanmaq istəyirəm ki, növbəti ildən etibarən müvafiq strategiyada göstərildiyi kimi, ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək. 

Eləcə də, ümid edirəm ki, universitetlərin baxılmaq üçün aidiyyəti üzrə təqdim etdiyi qəbul planının layihəsinin hökumətə təsdiq üçün təqdim etməzdən əvvəl universitetlərsiz edilmiş dəyişikliklərin yaxın keçmişdə mövcud olmuş universitetlərlə müzakirə ənənəsi də bərpa ediləcək”.

Bəs, rektorun bu təklifini təhsil mütəxəsissləri necə qiymətləndirir? Bu təklifin həyata keçirilməsi mümkündürmü?

Ekspert Elşən Qafarov Bizim.Media-ya bildirib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflərdən biri də ödənişli təhsilin aradan qaldırılması və dövlət sifarişi ilə əvəz edilməsidir. Bu prosesə artıq 2022-ci ildən başlanılıb: 

“2021-ci tədris ilində ölkədə hər 100 nəfərdən 79-u ödənişli əsaslarla təhsil alırdı. İndisə həmin proses 50 faizin altındadır və zamanla ödənişli təhsil dövlət sifarişi ilə olan təhsillə əvəz olunacaq. İqtisad Universitetinin rektorunun bu statusu bir konsepsiya xarakteri daşıyır və burda o, əslində təhsilin inkişafı üzrə dövlət strategiyasının hədəflərindən birini açıqlayıb”. 

Elşən Qafarov bildirib ki, Ədalət Muradovun bu yöndə daha bir maraqlı təşəbbüsü də dövlət sifarişi ilə yerlərin tələbələrin topladığı bala görə differensiallaşdırılmasıdır: 

“Bu gün bir neçə universitetimiz var, onlardan biri də İqtisad Universitetidir ki, tələbələr orda dövlət sifarişli yerləri daha çox istəyirlər. Çalışırlar ki, həmin universitetləri seçsinlər. Nəticə etibarilə universitetlərin büdcəsinə lazım olandan daha az miqdarda vəsait gedir. Bu da universitetlərin rəqabət qabiliyyətini azaldır. Bu baxımdan dövlət sifarişinin də tələbənin topladığı bala uyğun olaraq differensiallaşdırması şərti qoyulması doğru olardı. Dövlət sifarişi ilə bir ixtisasın ödənişinin – məsələn, 600+ bal toplayanla 300+ bal toplayanın ödənişi eyni olmasın. Yəni daha aşağı bal toplayan üçün daha artıq ödəniş ödənilsin. Yəni bu yöndə bir sistem yaradılmalıdır”.

Təhsil ekspertinə görə, yaxın bir neçə ildə ölkəmizdə ödənişli təhsil tamamilə aradan qalxacaq: 

“Bu, təhsil alanların sosial müdafiəsi baxımından çox əhəmiyyətlidir. "Təhsil haqqında" Qanunun 5-ci maddəsində göstərildiyi kimi, dövlətin öz sifarişi ilə təhsil alanları işlə təmin etmək öhdəliyi var. Düşünürəm, dövlət sifarişi ilə təhsil alanların da gələcəkdə dövlət tərəfindən müvafiq ixtisaslar üzrə işlə təmin olunması, qanunvericiliyin həyata keçirilməsi məsələsinə də baxılmalıdır”.

Rəna Cumaqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

End of content

No more pages to load

RADİO