Azərbaycan milli komandasının sabiq futbolçusu Araz Abdullayev özünə yeni klub tapıb.
Bizim.Media xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını birinci liqa təmsilçisi “Qaradağ Lökbatan”da davam etdirəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, A.Abdullayevin son klubu “Zirə” olub. O, bu ilin yayından klubsuz idi.
Rəşad Rafiqoğlu, Bizim.Media