Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında məlumat paylaşılıb.
Qeyd edilib ki, Memorandum Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb:
“Bu sənəd həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsiplərini və strukturunu təsvir edir. Bu mərhələ noyabrda konfransın təşkili üçün dörd çərçivə sənədinin yekununu qeyd edir”.
Bizim.Media