Azərbaycanın U-19 yığmasının sabiq üzvü Ayxan Cabbarlı İsveçdə komandasını dəyişə bilər.
Bizim.Media xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi İsveçin birinci liqa təmsilçisi “Örebro”nın xidmətində maraqlıdır.
Aşağı liqa klubu azərbaycanlı futbolçunu qış “transfer pəncərəsi” zamanı heyətinə qatmağı planlaşdırır. Belə ki, “Örebro” klubu bir ildir Ayxanı “Savedalens”dəki çıxışını izləyib. Artıq qarşıdakı ay Cabbarovun bu kluba konkret olaraq hansı cavabı verəcəyi dəqiqləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media