İran parlamentinin sədri: “Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət veririk” - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, İran parlamentinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. 

Məhəmmədbaqer Qalibaf deyib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir və onlar ölkəmizlə münasibətlərə xüsusi əhəmiyyət verirlər.

O, İranın yeni seçilmiş rəhbərliyinin siyasətində qonşu ölkələrlə münasibətlərdə heç bir dəyişikliyin olmadığını, parlamentlər səviyyəsində də əlaqələrin daha da genişləndirilməsi istiqamətində mövqeyin davam edəcəyini söyləyib.
 

Qeyd olunub ki, İran yaxşı qonşuluq, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinin bütün regionda sülh və təhlükəsizliyə töhfə verəcəyinə inanır. Bildirilib ki, biz iqtisadi əməkdaşlıq, nəqliyyat, regional kommunikasiya imkanlarından geniş istifadə etməliyik. İran parlamentinin sədri "3+3" formatında əməkdaşlığın əhəmiyyətini qeyd edib.


S.Qafarova ölkələrimizin və xalqlarımızın ortaq tarixi, mədəni, dini dəyərləri bölüşdüklərini qeyd edib, ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. O, ikitərəfli formatda əldə edilmiş razılaşmaların, həyata keçirilən birgə layihələrin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasına böyük əhəmiyyət verir və ölkəmiz sülhpərvər siyasət həyata keçirir.

Görüşdə parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Qeyd edilib ki, bu il hər iki ölkədə parlament seçkiləri keçirilib. Azərbaycan və İran parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yeni tərkibləri formalaşdırılıb. Qanunverici orqanlarımızın bir sıra beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğu diqqətə çatdırılıb.
 

Görüşdə cari ilin noyabrında Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı məsələlər də müzakirə edilib. Parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.


Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda keçmiş məhkum müəmmalı şəkildə öldü

Sumqayıtda keçmiş məhkum müəmmalı şəkildə öldü

"Aston Villa"nın futbolçusu mövsümü BAŞA VURDU

"Aston Villa"nın futbolçusu mövsümü BAŞA VURDU

Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 AĞRI NÖQTƏSİ

Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 AĞRI NÖQTƏSİ

BMT İrana XƏBƏRDARLIQ ETDİ

BMT İrana XƏBƏRDARLIQ ETDİ

Eldar Mansurov mahnısını oxuyan Levent Yüksellə GÖRÜŞDÜ - FOTO

Eldar Mansurov mahnısını oxuyan Levent Yüksellə GÖRÜŞDÜ - FOTO

“Ayntraxt” Bakıya gəldi - VİDEO

“Ayntraxt” Bakıya gəldi - VİDEO

Qarabağda bu sahələrə işçi axtarılır: 1000- 1584 manat... - SİYAHI

Qarabağda bu sahələrə işçi axtarılır: 1000- 1584 manat... - SİYAHI

Türkiyənin Suriya ilə sərhəddində ölkə bayrağı endirildi - VİDEO

Türkiyənin Suriya ilə sərhəddində ölkə bayrağı endirildi - VİDEO

Türkiyədə Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olundu - FOTO

Türkiyədə Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olundu - FOTO

Mehriban Əliyeva Prezidentin Davosda iştirak etdiyi panel iclasdan paylaşım etdi - FOTO

Mehriban Əliyeva Prezidentin Davosda iştirak etdiyi panel iclasdan paylaşım etdi - FOTO

Yolda uzanıb təhlükəli vəziyyət yaratdı - VİDEO

Yolda uzanıb təhlükəli vəziyyət yaratdı - VİDEO

"Mançester Yunayted"in yeni baş məşqçi namizədi BƏLLİ OLDU

"Mançester Yunayted"in yeni baş məşqçi namizədi BƏLLİ OLDU

Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: Mütəxəssislər səbəbini izah edir

Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: Mütəxəssislər səbəbini izah edir

Yasamalda buzlu yol qəza yaratdı, yol bağlandı - FOTO

Yasamalda buzlu yol qəza yaratdı, yol bağlandı - FOTO

Ukraynanın Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ukraynanın Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

“Beşiktaş”ın legioneri “Benfika”ya KEÇİR

“Beşiktaş”ın legioneri “Benfika”ya KEÇİR

Paytaxtda sıxlıq aradan qaldırıldı - FOTO/YENİLƏNİB

Paytaxtda sıxlıq aradan qaldırıldı - FOTO/YENİLƏNİB

İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - FOTO/VİDEO

Sabah Babək rayonunda qaz olmayacaq

Sabah Babək rayonunda qaz olmayacaq

Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək - Xaçatryan açıqladı

Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək - Xaçatryan açıqladı

Vernidub bu futbolçunu “Neftçi”də SAXLADI

Vernidub bu futbolçunu “Neftçi”də SAXLADI

Ermənistan Prezidenti: “Cənab İlham Əliyevin fikirlərinə nə isə əlavə etmək çətindir” - VİDEO

Ermənistan Prezidenti: “Cənab İlham Əliyevin fikirlərinə nə isə əlavə etmək çətindir” - VİDEO

Şair Qərib Mehdi 90 yaşında VƏFAT ETDİ

Şair Qərib Mehdi 90 yaşında VƏFAT ETDİ

Bakıya ilin ilk qarı yağır - VİDEO

Bakıya ilin ilk qarı yağır - VİDEO

End of content

No more pages to load

RADİO