Milli Məclis Parlamentlərarası İttifaqla COP29 çərçivəsində parlament görüşü təşkil edəcək - FOTO

Milli Məclisin sədri, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxış edib.

Bu barədə Bizim.Media-ya Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Spiker Sahibə Qafarova deyib ki, elm, texnologiya və innovasiya hər zaman cəmiyyətin inkişaf meyillərinin mərkəzində yer alıb.

Bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində onların vacib rolu hamılıqla qəbul edilib. Həqiqətən də elm, texnologiya və innovasiyalar Davamlı İnkişaf Məqsədlərinin çoxu ilə əlaqəli olduğu üçün bu məqsədlərin reallaşdırılmasına ciddi təsir etmək imkanına malikdir.
 

O təəssüflə bildirib ki, 2030-cu ilin Davamlı İnkişaf Gündəliyində nəzərdə tutulmuş vaxtın bitməsinə 5 il qaldığı bir dövrdə həmin gündəliyin və 17 davamlı inkişaf məqsədinin yalnız 17 faizi vaxtında həyata keçirilməkdədir. Bu da kifayət qədər narahatedici məqamdır.


Parlamentin spikeri vurğulayıb ki, bəzi ölkələrin vaksin ehtiyaclarını qarşılamaq məqsədilə öz peyvənd tələblərini prioritetləşdirmək üçün texnoloji üstünlüklərindən istifadə etdikləri COVID-19 pandemiyasının dərsləri unudulmamalıdır.

Sahibə Qafarova bildirib ki, qlobal çağırışlar fonunda ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəliyi var. 2020-ci ildən bəri Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib.

Cari ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə məlumat verən spiker deyib ki, tədbirə hazırlıq intensiv şəkildə həyata keçirilir. Texnologiya COP29 Azərbaycan Sədrliyinin baxışında mühüm yer tutur, çünki o, iqlim dəyişikliyinə qarşı qlobal cavabın vacib komponentidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür.
 

Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Tərəflər artıq hazırlıq prosesinə yekun vurmaq üzrədir.


Sahibə Qafarova tədbir iştirakçılarını parlament iclasına dəvət edib, onları görüşdə fəal iştirak etməyə çağırıb. O vurğulayıb ki, bu tədbiri birgə səylərlə çoxşaxəli iqlim fəaliyyətinə parlament töhfəsinin mühüm bir mərhələsinə çevirmək mümkündür.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rubio Ermənistan və Azərbaycanda münaqişənin həllində ABŞ-ın rolundan DANIŞDI

Rubio Ermənistan və Azərbaycanda münaqişənin həllində ABŞ-ın rolundan DANIŞDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

Nadir QƏZƏBLƏNDİ: “Müasirlik TikTok-da pozğunluğu təbliğ etmək deyil” - VİDEO

Nadir QƏZƏBLƏNDİ: “Müasirlik TikTok-da pozğunluğu təbliğ etmək deyil” - VİDEO

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

"İldə bir dəfə plastik-cərraha gedirik"

"İldə bir dəfə plastik-cərraha gedirik"

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

Şirvanda ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

Şirvanda ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

Ticarət mərkəzində 27 yaşlı kişi insanlara hücum edib, ölən və yaralılar var - VİDEO

Ticarət mərkəzində 27 yaşlı kişi insanlara hücum edib, ölən və yaralılar var - VİDEO

Azərbaycanda FİFA referilərinin sayı ARTDI

Azərbaycanda FİFA referilərinin sayı ARTDI

Anar Əsədli məhkəmədə İFADƏ VERDİ

Anar Əsədli məhkəmədə İFADƏ VERDİ

“Rusiya kimi ölkəni məğlub etməyin mümkünlüyünə inanmaq ölümcül səhvdir” - Fitso

“Rusiya kimi ölkəni məğlub etməyin mümkünlüyünə inanmaq ölümcül səhvdir” - Fitso

Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI

Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI

Bu bürclər 2026-cı ildə evlənəcəkləri şəxslə görüşəcəklər

Bu bürclər 2026-cı ildə evlənəcəkləri şəxslə görüşəcəklər

Anri mükafatlandırıldı - FOTO

Anri mükafatlandırıldı - FOTO

Baş Prokurorluq Kamran Əsədov və digərləri barəsində cinayət işi ilə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq Kamran Əsədov və digərləri barəsində cinayət işi ilə bağlı MƏLUMAT YAYDI

Türkiyə ərazisində PUA qəzaya uğrayıb - FOTO

Türkiyə ərazisində PUA qəzaya uğrayıb - FOTO

End of content

No more pages to load

RADİO