Vaksinasiyanı təcili dayandırmaq və peyvənd posportunun tətbiqini ləğv etmək lazımdır.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransalı mühəndis Filip Pradat və toksikoloq Veronika Malard ölkə senatorlarına məktubla müraciət ediblər.
Məktubda ilginc faktlar yer alıb. Müəlliflər vaksinasiya olunanların sayı ilə koronovirusdan ölənlərin sayındakı artım arasında təhlil aparıblar. İddia olunur ki, peyvənd olunan hər 700 nəfərdən biri həyatını itirir.
Qeyd olunur ki, bu araşdırma əvvəlcə Fransada, sonra isə dünya səviyyəsində aparılıb və nəticə dəyişməyib.
Filip Pradat və Veronika Malard hesab edirlər ki, peyvənd olunanlar da digərləri kimi virus daşıyıcılarıdır və onu yayırlar. Onlar həmçinin koronavirus pasportunun tətbiqinin dünyaya heç bir fayda gətiməyəcəyi fikrindədirlər.
Qeyd edək ki, nə Fransa, nə də dünyanın digər ölkələrinin Səhiyyə Nazirlikləri vaksinasiya prosesi başlandıqdan sonra ölüm sayının artma səbəblərini açıqlamayıblar.
Xatirə Nəsirli, Bizim.Media