Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) liderləri hələ də Macarıstanı Ukraynaya dəstək üçün 50 milyard avroluq maliyyə yardımını təsdiqləməyə razı sala bilməyiblər. Buna görə də Aİ Macarıstanın mövqeyindən yan keçməklə Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi üçün yollar axtarır.
Bizim.Media xəbər verir ki, bu barədə “Euractiv” yüksək səviyyəli avropalı məmura istinadən yazıb.
“İl yarımdır ki, tranş bloklanır və açığını desəm, bu, Ukraynanı dəstəkləmək üçün siyasi iradəmizi sarsıdır”, - agentliyin həmsöhbəti bildirib.
Bizim.Media