ABŞ-ın Florida ştatında Milton qasırğasının vurduğu ziyan və onun nəticələri təxminən 50 milyard dollar qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, 3-cü kateqoriyalı qasırğa çərşənbə günü axşam Floridanın qərb sahilinə, Siesta Key yaxınlığına çatıb.
Küləyin sürəti 193 km/saat olub. Nəticədə 11 nəfər ölüb. Qasırğa həmçinin güclü yağış və daşqınlara, 20 tornadoya səbəb olub. Ştatda təxminən 3,3 milyon insan işıqsız qalıb.
Bizim.Media