Türkiyə sərhədini qanunsuz yolla keçməyə cəhd edən şəxslər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında məlumat paylaşılıb.
“Biz sərhədlərimizin təhlükəsizliyi üçün qanunsuz keçidlərə qarşı mübarizəmizi davam etdiririk.
Ölkəmizdən Yunanıstana, Suriyadan isə ölkəmizə qanunsuz keçməyə cəhd edən 5 nəfər sərhəd qoşunlarımız tərəfindən saxlanılıb.
Araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən ikisinin FETÖ terror təşkilatı, birinin isə PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Bizim.Media