Qroznıda yanacaqdoldurma məntəqəsində yanacaq çəni partlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, partlayış sonrası ərazidə şiddətli yanğın baş verib.
Qeyd edilib ki, hadisə nəticəsində biri azyaşlı olmaqla, beş nəfər xəsarət alıb.
Bizim.Media