Bu gün İranın dövlət qurumları və təsistlarına, o cümlədən, ölkənin nüvə obyektlərinə qarşı geniş kiberhücumlar həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, hücumlar bundan öncə dövlət orqanlarına haker hücumları ilə müqayisədə daha genişmiqyaslı və əhatəlidir.
Qeyd olunub ki, kiberhücumların israilli hakerlər tərəfindən edildiyi ehtimal olunur.
Bizim.Media