Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk olaraq I təsnifat mərhələsinin iki oyunu baş tutacaq.
II Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:00-da start götürəcək.
Günün digər qarşılaşmasında “Şəfa” – “Saatlı-Araz” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.
Bizim.Media